Ağstafada Xocalı soyqırımının 26-cı il dönümü qeyd olundu
26 fevral 2018 | 11:00
Bu gün Ağstafa şəhər Musiqi Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Öncə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunmuş "Xocalıya ədalət!" mövzusunda uşaq və yeniyetmələrin əl işlərindən ibarət rəsm sərgisinə tamaşa ediblər. Musiqi Mərkəzinin akt zalında davam edən tədbirdə erməni daşnaklarının Xocalı şəhərində dinc insanlara qarşı törətdiyi vəhşiliklər, cinayət və vandalizmi haqqında geniş çıxışlar oldu. Tədbirdə şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş adəbi-bədii kompozisiya təqdim olundu. İri ölçülü ekranda Xocalıya həsr edilmiş sənədli film nümayiş etdirildi.