Xılxına kəndində növbəti görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində rayon İcra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar görüşünü rayonun Xılxına kəndində keçirdi. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, sürətli sosial-iqtisadi inkişafdan söz açdı. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən rayonda görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə danışdı. Qeyd olundu ki, bu istiqamətdə həyata keçirilən bütün işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Elə hazırda rayonun bu istiqamətində əsaslı yenidən qurma işlərinin son mərhələsində olan 10 km uzunluğunda Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolu da bunun bariz nümunəsidir .
Görüşdə iştirak edən sakinlərdən Ağaverdi Əmrahov, Sabir Kərimov, Elçin Əmrahov və digərləri kənd ictimaiyyətinin adından kəndin kommunal şəraitinin daim diqqətdə saxlanılmasına və görülən abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Səyyar görüşdə sakinləri narahat edən məsələlər öyrənildi. İcra başçısı məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.