Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Qarahəsənli kəndində keçirildi

01 mart 2018 | 11:00

Ağstafa rayonunun yaşayış məntəqələri üzrə  vətəndaşların səyyar qəbulları davam etdirilir. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar görüşünü rayonun Qarahəsənli kəndində keçirildi. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ilk öncə bütün kənd sakinlərini qarşıdan gələn Novruz  bayramı münasibəti  ilə səmimi qəlbdən  təbrik etdi. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud sabitlik və əmin-amanlığından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafada həyata keçirilən abadlıq-quruculuq işlərindən, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələri sakinlərin diqqətinə çatdırdı.
Qeyd olundu ki, 10 km uzunluğunda  əsaslı yenidən qurulan  Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil  yolu  son tamamlama mərhələsindədir,  eyni zamanda  son dövrdə 850 metr kəndarası yollar təmir olunaraq xırlanıb, 1500 metr suvarma arxları lildən təmizlənib, 8 ədəd elektrik dayağı yenilənib, 2 ədəd subartezian quyusu təmir olunaraq sakinlərin istifadəsinə verilib, körpələr evi-uşaq bağçasının və  kənd ümumi orta məktəbinin binaları cari təmir olunubdur.
Səyyar görüşdə İcra başçısı sakinləri narahat edən məsələləri dinlədi, onların təkliflərini qəbul etdi.  Məsələlərin   operativ  qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

  

Keçidlər