Ağstafada kənd təsərrüfatı məhsullarının satış yarmarkaları davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Ağstafa rayonunda şənbə və bazar günlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Yarmarkalar Ağstafa şəhərində rayon dəmiryol vağzalının qarşısındakı geniş meydanda keçirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə bu gün keçirilən yarmarkada oldu. Yerli fermerlər, məhsul istehsalçıları və alıcılar yaradılan şəraitdən və bazar qiymətlərindən razılıqlarını ifadə etdilər. Yarmarkada təklif olunan məhsulların bazar qiymətlərindən ucuz təklif olunur. Növbəti satış yarmarkası sabah 04 mart 2018-ci il tarixdə keçiriləcəkdir.