Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 5 mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu

05 mart 2018 | 11:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən  hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizin bütün yerlərində olduğu kimi bu əlamətdar gün Ağstafa rayonunda da xüsusi qeyd olunur.  Bu gün Ağstafa rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin,  Gənclər və İdman idarəsinin, Təhsil Şöbəsinin məsul işçiləri, rayonun idman ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları öncə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdilər. Gənclər Mərkəzinin geniş foyesində tədbiri giriş sözü ilə açan Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Feyruz Həsənov bu günün qeyd olunmasının ölkənin idman ictimaiyyətinə böyük töhfə olduğunu qeyd etdi. Qeyd olundu ki, Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Rayonda idmanın inkişafı sahəsində görülmüş işlər haqqında da geniş bəhs olundu.
Daha sonra rayonda idmanın inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə və eləcə də respublika, beynəlxalq səviyyəli yarış və çempionatlarda xüsusi fərqlənmiş bir qrup idmançı müvafiq “Fəxri fərman” və hədiyyələrlə təltif olundular. Sonda idmançılarla xatirə şəkilləri çəkdirildi.

 

 

Keçidlər