Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2018 | 11:00

Bu gün  “8 Mart  Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ağstafa şəhəri  “Yazıçılar Evi” ndə geniş  bayram  tədbiri  təşkil olundu. Bayram  tədbirində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimyiətinin nümayəndələri iştirak edirdi.  Tədbiri giriş sözü ilə açan İcra başçısı ilk öncə qadınları səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və fəaliyyətlərində uğurlr arzu etdi. Qeyd olundu ki,  ümummilli lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində hər zaman qadına diqqət və qayğı mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.  Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edirlər. Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin növbəti Sərəncamı Ağstafa üçün də olduqca əlmətdar bir hadisəyə  çevrildi. Belə ki, dövlət başçımızın 06 mart 2018-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının Qadınlar Şurasının sədri Osmanova Şəhanə Məcid qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Tədbirdə həmçinin  rayonun ictimai-siyasi həyatında  fəal iştirak edən  qadınları rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.  Öz növbəsində təltif olunan ağstafalı  xanımlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.

Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında geniş konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər