Şriftin ölçüsü :

Saytın rəngi :

Soyuqbulaq qəsəbəsində növbəti səyyar qəbul-görüş

05 aprel 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Soyuqbulaq qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir Ömərov Köçvəlili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qeyd edildi ki, Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Köçvəlili kəndini və Soyuqbulaq qəsəbəsini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yasəmən Musayeva Soyuqbulaq qəsəbə tam orta məktəbin yaxınlığında olan subartezian quyusunun bərpa edilməsini xahiş etdi.
2. Mehman Əliyev kəndə təbii qazın verilməsinin vacibliyindən danışdı.
3. Bəxtiyar Yasinov Soyuqbulaq qəsəbə sakinlərinə şərti verilmiş pay torpaqlarının sənədləşdirilməsinə köməklik edilməsini xahiş etdi.
4. Bafta İlyasova mənzilinin təmirinə tikinti materialları ilə köməklik edilməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Rasim Osmanov Soyuqbulaq qəsəbə tam orta məktəbi ilə qonşu olan hasarın sökülməsindən danışdı.
6. Faiq Gülməmmədov ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
7. Bayram Hacıyev 8 ailəlik 2 mərtəbəli dəmir yolu yaşayış binasının təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
8. Elazim Muradov İş yerlərinin açılması barədə danışdı.
9. Əsli Hüseynova 065 saylı hərbi hissənin çirkab sularının Soyqbulaq qəsəbəsində açıq sahəyə axıdılmasının qarşısının alınmasının vacibliyindən danışdı.
10. Bəxtiyar Süleymanov Kəndin dəmyə adlanan ərazisində pay torpaqlarına getmək üçün iki ədəd kecid körpüsünün salınmasını təklif etdi.
11. Məhəmməd Muradov Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun tikintisinin bölgə üçün əhəmiyyətinin böyük olmasını qeyd etdi.
12. Mənsurə Nağıyeva Köçvəlili kəndində yeni körpələr evi uşaq bağçasının inşa edilməsini təklif etdi.
13. Şəmil Əhmədov Soyuqbulaq qəsəbəsində köhnə məktəb binasının sökülməsi və yerinin abadlaşdırılmasından danışdı.
14. Təranə Alıyeva kəndin içməli su təminatının yaxşılaşdırılmasının vacibliyindən danışdı.
15. Bəylər Ləzgiyev Kənddaxili suvarma arxlarının təmizlənməsini xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Kür çayının sol sahil yaşayış məntəqələri üçün həyati əhəmiyyət kəsb edən Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulurması işləri sürətlə aparılır. Soyuqbulaq qəsəbəsində müasir tipli 220 şagird yerlik tam orta məktəbin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər