Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar

08 mart 2018 | 11:00

Ağstafada üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar. Hazırda üzüm bağlarında quru budama işləri aparılır. Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri olduğu üçün fermerlərin bu sahəyə marağı ilbəil artmaqdadır.
Fermer Asif Allahverdiyev AZƏRTAC–ın bölgə müxbiri ilə söhbətində bildirib ki, havaların əlverişli keçməsi üzüm bağlarında mövsümi işləri görməyə şərait yaradır. Hazırda plantasiyalarda quru budama işləri aparılır. Tənəklərin yararsız hissələri kəsilib atılır, dirəklərin yenilənir və təmir işləri görülür.
Fermerlər ötən il sahələrdən bol məhsul topladıqlarına görə üzüm bağlarının sahələrini genişləndirməyi də planlaşdırırlar.
Üzümçülük briqadiri Elman İbrahimov qeyd edib ki, üzüm becərən fermerlər məhsullarını həm yayda məhsul vaxtı, həm də anbarlarda saxlayıb qış aylarında satışa çıxarmaqla xeyli qazanc əldə edə bilirlər. Bunun üçün rayon ərazisində kifayət qədər soyuducu anbar da fəaliyyət göstərir. Üzüm sahələrinin çoxalması həm də şərabçılığın inkişafına səbəb olur.

Ağstafa, 8 mart, Famil Quliyev, AZƏRTAC
 

Keçidlər