Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirildi
Bu gün rayon Mədəniyyət Mərkəzində Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. İcra başçısının sədrliyi ilə keçən iclasda rayon İcra hakimiyyəti başçısı aparatının işçiləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələləri və məruzəçiləri tədbir iştirakçılarının diqqətinə çatdırdı, məsələlər barədə ümumi məlumat verdi.
Sonra gündəlikdə duran məsələlər ətrafında rayonun baş Memarı Sənan Mustafayev “Ağstafa şəhərində, qəsəbə və kəndlərdə əhalinin, idarə, müəssisə və təşkilatlarda çalışanların iməclik keçirmək təşəbbüslərinin dəstəklənməsi, inzibati və sosial binaların ərazisində abadlıq işlərinin mütəmadi aparılması və yaşıllıqların mühafizəsi işinin təmin edilməsi” barədə və RİH aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yasin Əfəndiyev “Vətəndaşların müraciətlərinə baxılması sahəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 2017-ci ildə görülən işlər barədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan qəzetində dərc olunmuş təhlili arayışına dair ” geniş məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı, yerlərdən müvafiq şəxslərin arayışları dinlənildi.
Şura iclası işgüzar şəraitdə keçdi.