Ağstafa rayon əhalisinin kütləvi qaydada tibbi müayinədən keçirilməsi davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq cari ildə də ölkə əhalisi pulsuz tibbi müayinədən keçirilir. O cümlədən Ağstafa rayon sakinlərinin də 2018-ci ilin fevral ayının 10-dan etibarən tibbi müayinədən keçirilməsinə start verilmişdir. Müayinə may ayının 1-dək davam etdiriləcəkdir. Bununla əlaqədar müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik əsasında əhalinin müayinədən keçirilməsi təşkil etdirilmişdir. Əhalinin müayinədən keçirilməsi üçün həkim briqadaları yaradılmış və həmin briqadalar şəhər, qəsəbə və kəndlərdə əhalinin müayinəsini həyata keçirir. Xəstəlik aşkar olunmuş vətəndaşlar ambulator və stasionar müalicəyə cəlb olunurlar. Bəzi xəstələr isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilir. 14 mart 2018-ci il tarixədək Ağstafa rayon əhalisinin 24 588 nəfəri tibbi müayinədən keçirilmişdir. Bunlardan 2062 nəfəri ambulator, 39 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 36 nəfəri ixtisaslaşmış tibbi müəssisələrə göndərilmişdir.