Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir Qaralov qərb bölgəsindən olan vətəndaşların qəbulunu keçirmişdir

05 aprel 2013 | 10:00

Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov Ağstafa rayon Prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul etmişdir.

Baş prokuror əvvəlcə uzaq rayonlardan gələn vətəndaşları dinləyib.
Şikayətlər əsasən prokurorluq orqanlarının fəaliyyətinə, konkret cinayət işlərində istintaqın gedişinə və məhkəmədə baxılan işlərə aid olub. Vətəndaşlar tərəfindən digər məsələlərlə bağlı müraciətlər də olmuşdur.
  Qəbul axşam saatlarınadək davam etmişdir.

Keçidlər