Ağstafada Novruz yarmarkaları davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Yarmarkalar Ağstafa şəhərində rayon dəmiryol vağzalının qarşısındakı geniş meydanda keçirilir. Bu gün keçirilən növbəti yarmarkada böyük alıcı aktivliyi müşahidə olunurdu. Alıcılara təklif olunan məhsullar yenə də bazar qiymətlərindən aşağı idi. Təşkil olunan bu cür satış yarmarkalarını ağstafalı fermer və sahibkarlar, eləcə də alıcılar yaradılan şəraiti olduqca yüksək qiymətləndirir. Bu cür yarmarkaların keçirilməsi həmçinin süni qiymət artımın və digər neqativ halların qarşısını alır.
Növbəti satış yarmarkası sabah 18 mart 2018-ci il tarixdə keçiriləcəkdir.