Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hər il olduğu kimi bu il də ölkə əhalisi pulsuz tibbi müayinədən keçirilir. O cümlədən Ağstafa rayon sakinlərinin də 2018-ci ilin fevral ayının 10-dan başlayaraq tibbi müayinədən keçirilməsinə start verilmişdir. Müayinə may ayının 1-dək davam etdiriləcəkdir. Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa rayon Mərkəzi Xəstəxanasında olaraq əhaliyə göstərilən tibbi xidmətlərin vəziyyəti ilə yaxından tanış olub, müayinədən keçən sakinlərlə söhbət aparıb. İcra başçısı ilə ünsiyyətdə sakinlər onlar üçün yaradılan bu cür şəraiti yüksək qiymətləndirdiklərini bildirib və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Rayon əhalisinin tibbi müayinəsi ilə əlaqədar müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik əsasında əhalinin müayinədən keçirilməsi təşkil etdirilmişdir. Əhalinin müayinədən keçirilməsi üçün həkim briqadaları yaradılmış və həmin briqadalar şəhər, qəsəbə və kəndlərdə əhalinin müayinəsini həyata keçirir. Xəstəlik aşkar olunmuş vətəndaşlar ambulator və stasionar müalicəyə cəlb olunurlar. Bəzi xəstələr isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilir.