Şriftin ölçüsü :

Saytın rəngi :

“31 mart Azərbaycanlıların Soyqırımı Günü” Ağstafada izdihamla qeyd olundu

31 mart 2018 | 11:00

Bu gün Ağstafa rayon Şəhidlər Xiyabanında “31 mart Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidlər Xiyabanı ziyarət olunaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları üstünə tər qərənfillər düzülüb. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri  soyqırım əməlləri lənətlənib.

 

Keçidlər