Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun cəbhə bölgəsində yaşayan əhalisi tibbi müayinədən keçirilir

04 aprel 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırığına uyğun olaraq hər il olduğu kimi  cari ildə də ölkə əhalisi pulsuz tibbi müayinədən keçirilir. O cümlədən Ağstafa rayon sakinləri də xüsusi qrafikə uyğun olaraq  fevral ayının 10-dan  tibbi müayinədən keçirilir.  Bütün yaşayış məntəqələrini əhatə edəcək tibbi müayinə  may ayının 1-dək davam etdiriləcəkdir.
Bu gündən etibarən isə səyyar həkim briqadası tərəfindən  rayonun cəbhə bölgəsində yerləşən Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin  sakinləri tibbi müayinədən keçirilir. Xəstəlik aşkar olunmuş vətəndaşlar ambulator və stasionar müalicəyə cəlb olunurlar. Bəzi xəstələr isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilir.

Keçidlər