Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə 6 rayonda, o cümlədən Ağstafada daha bir modul tipli məktəb quraşdırılacaqdır

06 aprel 2018 | 11:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 05 aprel 2018-ci il tarixdə  Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. O cümlədən Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 min manat vəsait ayrılıb.
  Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının  Təhsil Nazirliyinə ayrılıb.

Keçidlər