Möhtərəm Prezidentimizin növbəti Sərəncamı ilə Ağstafa rayonunun daha iki kəndinin: Köçvəli və Yenigünun içməli su təminatı yaxşılaşadırılacaqdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 aprel 2018-ci il tarixdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sərəncama əsasən Ağstafa rayonunun Köçvəli və Yenigün kəndlərinin içməli su təminatı yaxşılaşdırılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına Əlavə
№ |
Rayon |
Yaşayış məntəqəsinin adı |
3 |
Ağstafa |
Köçvəli |
Yeni gün |