Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Çernobıl faciəsinin 32-ci ildönümü qeyd olundu

26 aprel 2018 | 11:00

      Bu gün rayon Gənclər Mərkəzində  “26 aprel - Çernobıl faciəsi”nin 32-ci  ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının, Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin məsul işçiləri,  Çernobıl əlilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
     Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev açaraq qeyd etdi ki, Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı il aprelin 26-da baş vermiş qəzanın törətdiyi fəsadların aradan qaldırılması zamanı 7000-dən artıq vətəndaşımız iştirak etmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusu haqqında qanun qəbul olunmuşdur. Bundan sonra Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Tədbirdə  həmçinin ölkəmizdə Çernobıl əlillərinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olundu.

Keçidlər