Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Qadınlarının IV konfransı

09 aprel 2013 | 10:00

08 aprel 2013-cü il tarixdə Heydər Əliyev Muzey-Mərkəzində Ağstafa rayon Qadınlarının IV konfransı keçirildi. Tədbirdən öncə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakmiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Azərbaycan qadınlarının III qurultayından bu günə qədər görülmüş işlər barədə məlumat verdi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini və qadınlarımızın əməyinin lazımınca dəyərləndirildiyini qeyd etdi. Cənab Məhərrəm Quliyev ölkəmizdə bu gündə qadınlarımızın bütün sahələrdə çalışmaları üçün münbit şəraitin yaradıldığını və onlara göstərilən yüksək dövlət qayğısından geniş və ətraflı danışdı.
Sonra Gənclər və İdman idarəsinin məsul işçisi Kamilə Zamanova, Texniki Yaradıcılıq Mərkəzinin müdiri Şahinə Osmanova, rayon Təhsil Şöbəsinin məsul işçisi Afət Həsənova çıxış etdilər. 
Daha sonra millət vəkili xanım Qənirə Paşayeva geniş çıxış edərək Azərbaycan qadınına yaradılmış münbit şəraitdən və ölkəmizdə həyata keçirilən irimiqyaslı sosial layihələrdə qadınlarımızında yaxından iştirak etdiyini qeyd etdi.
Konfransda Azərbaycan Qadınlarının IV Qurultayına nümayəndələr seçildi. Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Sonda konfrans iştirakçıları rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və millət vəkili xanım Qənirə Paşayeva ilə xatirə şəkili çəkdirdilər.

Keçidlər