Şriftin ölçüsü :

Saytın rəngi :

GÖRKƏMLİ OFTALMOLOQ-ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANADAN OLMASININ 95-ci İLDÖNÜMÜ QEYD OLUNDU

28 aprel 2018 | 11:00

Bu gün  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümüdür.  Bu münasibətlə Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının inzibati binasında anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısının müavini  Lalə Eyyubova  bildirdi ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi-tədqiqat işləri yazıb. Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmış traxoma və bir sıra göz xəstəlikləri tam müalicə olunaraq demək olar ki, ölkəmizdə tamamilə aradan qaldırılıb.
Sonra YAP Ağstafa rayon Təşkilatının Qadınlar şurasının sədri Şahinə Osmanova  geniş məruzə ilə çıxış edərək  qeyd etdi ki, Zərifə xanımın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Zərifə xanım  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş əzəmətli ana simvoluna çevrilmiş bir şəxsiyyətdir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva, həkim oftalmoloq Gülnar  Abdulayeva, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin müdiri Ləman Cəlilova, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev  öz çıxışlarında  Zərifə xanımın həyat və fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, tibb sahəsində qazandığı nailiyyətlərin gənc həkimlər üçün bir örnəkdir. Alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələnin təşkil edir.

Keçidlər