Ağstafa şəhərində növbəti səyyar görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq respublikamızın bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da mütəmadi olaraq vətəndaşların səyyar qəbulları davam etdirilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ağstafa şəhərində növbəti səyyar görüşünü keçirdi. Şəhərin dəmir yolu xətti ətrafında Qaçaq Kərəm kəndi ilə birləşən məhəllələrin ümumi vəziyyəti öyrənildi, yeni təmir olunmuş 11, 12 və 13 saylı kommunal yaşayış binalarına baxış keçirildi, orada yaşayan sakinləri maraqlandıran digər məsələlər dinlənildi. Tədbirdə həmçinin rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, eləcə də dövlət başçısının konkret tapşırıqlarına uyğun olaraq Ağstafada görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən geniş söz açdı. Görüşdə İcra başçısı sakinlərin irəli sürdükləri təklifləri qəbul etdi, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.