Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunur
Məlum olduğu kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
O, cümlədən bu münasibətlə Ağstafa rayon İcra hakimiyyətinin başçısı 14 mart 2018-ci il tarixdə imzaladığı müvafiq sərəncamla təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Ağstafa rayonunda sislsilə tədbrlərin keçirilməsinə başlanılmışdır.
28-29 aprel 2018-ci il tarixdə Ağstafa şəhər 3 saylı tam orta məktəbin idman zalında sərbəst güləş üzrə açıq Ağstafa rayon birinciliyi keçirilmişdir. 14 çəki dərəcəsində keçirilən yarışda Ağstafa idmançıları ilə yanaşı Tovuz və Qazax rayonlarının 100-dən artıq yeniyetmə pəhləvanları öz qüvvələrini sınamışdır. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitinda keçən birincilikdə 1-ci yerə Ağstafa, 2-ci yerə Tovuz və 3-cü yerə Qazax güləş komandaları layiq görülmüşlər. Qaliblər müvafiq diplom və hədiyyələrlə təltif olunmuşlar.