Ağstafa şəhər 1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olundu
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə 115 uşaq yerlik Ağstafa şəhər 1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə, buradakı mövcud şəraitlə yaxından tanış oldu. İcra başçısı uşaq bağçasının işçi heyəti və uşaqları ilə görüşdü, binanın daxilinə və ətrafına baxış keçirərək müvafiq tapşırıqlarını verdi. Dövlət Proqramı çərçivəsində bu uşaq bağçası üçün inşa olunmuş yeni binanın açılışı 06 avqust 2013-cü il tarixdə olmuşdur. İki mərtəbəli və ümum sahəsi 9,0 min kv. metr olan binada 1 körpələr, 1 kiçik, 2 orta, 1 məktəbə hazırlıq və 1 böyük olmaqla 6 qrup fəaliyyət göstərir. Uşaq bağçasının 6 yataq, 6 oyun , 12 geyim və 7 sanitar qovşaq otaqları, 1 mətbəx, 1 böyük yeməkxana, 3 böyük dəhlizi, 9 inzibati, 1 müdir, 1 təsərrüfat və 1 tibb bacısı otaqları vardır. Binanın həmçinin ən yüksək standartlara cavab verən çamaşırxanası, qazanxanası və su anbarı da mövcuddur.