Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirildi

02 may 2018 | 11:00

Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin 95 illiyi  və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi  münasibəti ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında geniş tədbir keçirilib. Tədbir Ağstafa rayon İcra hakimiyyəti və Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən keçirilib.  Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova  açaraq Şərqdə və müsəlman aləmində  yaradılmış ilk parlamentli respublika kimi tarixə adını yazdırmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağımızın ilk dəfə ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvan MSSR-da qaldırılmış, müstəsna xidmətlər nəticəsində müstəqillimizin itirilmə təhlükəsinin qarsını almışdır. Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli Lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra vətəndaş müharibəsinin qarşısı alındı, neft müqavilələiri imzalandı, ordu quruculuğuna xüsusi diqqət yetirildi.
        Sonra Ombudsmanın Gəncə Regional mərkəzinin rəhbəri Səbuhi Abbasov genişməruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizin inkiafında göstərdiyi misilsiz xidmətlərindən, müasir Azərbaycan tarixində insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata keçirilən işlərdən geniş bəhs etdi.  Daha sonra Ağstafa rayon Təhsil şöbəsinin məsul işçisi Əli Əliyev, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktoru Mübariz Tanırverdiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli də “Heydər Əliyev və  Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda geniş çıxış etdilər.

 

Keçidlər