Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

11 aprel 2013 | 10:00

İclasın gündəliyinə:
1. Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının icrasının təmin edilməsi barədə

2. Rayonun sosial-iqtisadi və ictimai-siyasio vəziyyəti barədə RİAİS-ə ötürülən məlumatların dürüstlüyünün və təhlil olunmasının təmin edilməsi haqqında.

3. Rayonda tikinti, quruculuq və abadlıq işlərinin milli memarlıq ənənələri və müasir tələblərə uyğun təşkili və qanunsuz tikililərin qarşısının alınması, tikinti normaları və şəhərsalma qaydalarına əməl olunmasının təmin edilməsi haqqında.
4. Əhalinin sağlamlığının qorunmasına dair dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, yoluxucu xəstəlik və epidemiyaların və qeyri yoluxucu kütləvi xəstəliklərin profilaktikası, gənc ana və körpələrin salamatlığının qorunması istiqamətində tədbirlərin aparılmasının təmin olunmasına dair məsələlər daxil edilmişdir.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq gündəlikdə duran məsələləri  iclas iştirakçılarının nəzərinə çatdırdı. Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuraya yeni təyin olunan rayon Polis Şöbəsinin rəisi Ədalət Abbasov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev rayon ictimayyətinə təqdim olundu.
Gündəlikdə duran məsələlər barədə rayon İcra hakimiyyəti  başçısının birinci müavini Ramiz Tatarov, RİH başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Kamran Abbasov, RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev, RİH başçısının müavini İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın məruzələri dinlənildi.
Qeyd olundu ki, son iilərdə Ağstafa rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Qanunlarının və Nazirlər Kabinetinin qərarlarının icrası istiqamətində məqsədəmüvafiq tədbirlər həyata keçirilir.
Rayonda tikinti-quruculuq və abadlıq işlərinin milli memarlıq ənənələri və müasir tələblərə uyğun təşkili və eləcədə rayon əhalisinin sağlamlığının qorunması, yolxucu xəstəliklərin profilaktikası sahəsində əməli işlər görülür.
  RİAİS proqramı üzrə tələb olunan sənədlərin təhlili və dürüstlüyünün təmin olunması nəzarətdə saxlanılır.
Cənab Məhərrəm Quliyev məsələlərin müzakirəsi zamanı ortaya çıxan nöqsanlar və çatışmamazlıqlarla əlaqədar olaraq müvafiq təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Ümumilikdə şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər