Ulu öndər Heydər Əliyevin 95-ci ildönümü ilə əlaqədar Ağstafada silsilə tədbirlər davam etdirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər keçirilir. Bununla əlaqədar olaraq Ağstafa rayon İcra hakimiyyəti başçısının 01 may 2018-ci il tarixli müvafiq Sərəncamı ilə “Tədbirlər planı” təsdiq olunmuşdur. Tədbirlər planı çərçivəsində rayonun ümumtəhsil tam orta məktəblərinin VI-IX sinif şagirdləri arasında “Bilik yarışması” keçirilib. Ağstafa şəhər 3 saylı tam orta məktəbin akt zalında təşkil olunan bilik yarışmasında rayon Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin məsul işçiləri, müəllimlər və şagirdlər iştirak etmişdir.
Bilik yarışmasının reqlamentinə uyğun olaraq iştirakçı şagirdlər üç mərhələdən keçməklə müvafiq sualları yazılı və şifahi cavablandırmışlar. Münsiflərin yekun qərarlarına əsasən 1-ci yerə Qaçaq Kərəm, 2-ci yerə Yenigün, 3-cü yerə isə Ağstafa şəhər 3 nömrəli tam orta məktəblərinin komandaları layiq görülmüşlər. Hər üç komanda müvafiq diplom və hədiyyələrlə təltif olunmuşlar.