"ASAN xidmət" Mərkəzinin “Ehtiyyat Səyyar ASAN1” avtobusu 07-26 may 2018-ci il tarixlərində Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Ehtiyyat Səyyar ASAN 1” avtobusu 07 may 2018-ci il tarixdən 26 may 2018-ci il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, Mərkəzi stadionun qarşısı.
Əlavə məlumat üçün “108” və “9108” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Göstəriləcək xidmətlər:
Ədliyyə Nazirliyi:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Daxili İşlər Nazirliyi:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Dövlət Sosial Müdafiə Fondu:
• Əmək pensiyalarının təyin edilməsi
Əmlak Məsələləri Dövlət Komitəsi:
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Yardımçı xidmətlər:
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Foto xidməti.
Tibbi xidmət.
•Qan qrupunun təyin olunması;
•Boyun ölçülməsi və göz rənginin təyin olunması.