Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri Səməd Vurğun küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüş

12 aprel 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri Səməd Vurğun küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Vüqar Rəhimov S.Vurğun küçəsinə asfalt örtüyünün salınması və müasir tipli elektrik dayaqlarının quraşdırılmasının vacibliyindən danışdı.
2. Məcid Eyyubov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.

3. Mehri Məmmədova Şəhərin mərkəzi küçələrinə əhalinin ümumi istifadəsində olan içməli su krantlarının quraşdırılmasını xahiş etdi.
4. Mehri Məmmədova iş yerlərinin açılmasının vaciliyi barədə danışdı.
5. Elşad Məmmədov rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına çıxarılmasını təklif etdi.
6. Pakizə Zamanova Səməd Vurğun küçəsinə içməli suyun verilmə müddətinin artırılmasını xahiş etdi.
7. Tərlan Bayramova Mərkəzi kitabxana darısqal və şəraitsiz olduğundan, yeni kitabxana binasının inşa edilməsini təklif etdi.
8. Ərəstun Məmmədov küçədə toplanan məişət tullantılarının vaxtında yığılaraq daşınmasının təmin edilməsi haqqında danışdı.
9. Mahmud Məmmədov şəhərdə Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə və R.Alıcanov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Şəhərin Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır. Hazırda şəhərin Səməd Vurğun və 20 yanvar küçələrində abadlıq işlərinə başlanılmışdır.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər