Pirili kəndində növbəti səyyar görüş
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müvafiq qrafikə əsasən yerlərdə sakinlərin səyyar görüşlərini davam edtdirir. Növbəti belə görüş rayonun Pirili kəndində keçirilib. Səyyar görüşdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edibdir. Tədbirdə İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, hərbi qüdrətindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafa rayonunda görülən işlərdən geniş bəhs edib.
Səyyar qəbulda iştirak edən sakinlər İcra başçısına müraciətlərində kənddə elektron tipli ATS-in quraşdırılması, kəndin mərkəzində bir ədəd subartezian quyusunun qazılması, suvarma arxlarının betonlaşdırılması, kənd tam orta məktəb binasının əsaslı təmiri olunması məsələlərini irəli sürüblər . Sakinlərin təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verib.