Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda seminar keçirilmişdir

13 aprel 2013 | 10:00

Rayon gənclərinin iştirakı ilə Gənclər Mərkəzində  Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda seminar keçirilmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu. Mövzu ətrafında Ağstafa rayon İcra hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev, rayon Təhsil Şöbəsinin məsləhətçisi Əli Əliyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov cıxış edərək Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Dövlət Gənclər siyasətindən və Dövlət Müstəqilliyimizin möhkəmləndirilməsində Ulu öndərimizin əvəzsiz xidmətlərindən danışdılar.

Keçidlər