Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu

01 iyun 2018 | 11:00

Bu gün  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür. Bu münasibətlə  Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında uşaqlar üçün geniş əyləncəli bayram tədbiri keçirilib. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ibtidai sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.  Tədbiri giriş sözü ilə  rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq uşaqları bu gün münasibəti ilə təbrik edib. Qeyd olunub ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün xüsusi ilə qeyd olunur.  Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də  uşaqlara dövlət səviyyəsində yüksək səviyyədədir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi çox saylı layihələr və proqramlar bunun bariz nümunəsidir.  Uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib.
              Bayram konsertində uşaqların ifasında şerlər, nəğmələr səsləndirilib, vətənpərvərlik və digər mövzularda bədii kompozisiyalar  nümayiş etdirilib.  Uşaq kitabxanası və Keşikçidağ Dövlət Qoruğunun təşkil etdiyi sərgi ilə tanış olan uşaqlar, coğrafiyamızı, tarixi və müasir abidələrimizi özündə tərənnüm edən Miniatür Azərbaycan parkına   ekskursiya ediblər.

 

Keçidlər