Ağstafa rayon Gənclər Məkrəzində “Qara bağ - Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı filimin təqdimatı keçirilib
Ağstafa rayon Gənclər Mərkəzinin kinoteatrında “Qara bağ - Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı filimin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə biz “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai birliyi tərəfindən “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekalogiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində ərsiyəyə gəlib.
Nümayişdən öncə filmin ssenari müəllifi İsmayıl Süleymanov tamaşaçılara film haqqında ətraflı məlumat verib. Həmçinin Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman idarəsinin məsul işçiləri Şahhüseyn Qurbanov və Kamilə Zamanova öz çıxışlarında bu cür layihələrin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıblar.
Təqdimat tədbiri “Qara bağ - Ekoloji terrorun annotasiyası” qısametrajlı filiminin nümayişi ilə davam etdirilib.