Qırılı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qırılı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Qurbanov Qırılı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Fərhad Bəhramov Qırılı kəndində “Təpəbaşı” məhəlləsində subartezian quyusunun elektrik transformatoruna qoşulmuş 38 ailənin elektrik təminatının yaxşılaşdırılması məqsədi ilə həmin əraziyə bir ədəd yeni elektrik transformatorunun quraşdırılmasını xahiş etdi.
2. Xanım Zeynalova “Məmmədli” və “Tanrıverdilər” məhəllələrində subartezian quyularının qazılmasını təklif etdi.
3. Xatirə Abbasova yeni məhəllədə elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
4. Gültəkin İsmayılova Qırılı kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
5. Güləsər Mustafayeva İşlə təmin edilməsini xahiş etdi.
6. Tacəddin Əmiraslanov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Azadə Bayramova kəndə təbii qaz xəttinin çəkilməsi işinin sürətləndirilməsini xahiş etdi.
8. Gülarə Əmrahova mərkəzi yolun təmir olunmasının vacibliyindən danışdı.
9. Eldəniz Tağıyev həyətyanı torpaq sahəsinin probleminə köməklik edilməsini xahiş etdi.
10. Ceyhun Tağıyev kəhriz suyunun boru xətti vasitəsi ilə çəkilməsinə icazə verilməsinə dair danışdı.
11. Kəmalə Mustafayeva yeni məhəllədə yolun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
12. İbayət Qurbanov əhalinin istifadə etdiyi kəhrizin ətrafının abadlaşdırılmasını təklif etdi.
13. Kərim Kərimov Qırılı kənd tam orta məktəbinə içməli su xəttinin çəkilməsi haqqında danışdı.
14. Firəngiz Abbasova (şəhid anası) odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
15. Xalidə Allahverdiyeva Qırılı kənd 1 saylı uşaq bagçasına soyuducu alınmasına ehtiyac olduğunu qeyd etdi.
16. Məhəmməd Qurbanov məktəbin köhnə korpusunun sökülməsini təklif etdi.
17. Səməngül Alıyeva ümumilikdə Qırılı kəndində suvarma suyu ilə bağlı ciddi narazılığın olması barədə danışdı.
18. Şükür Tağıyev hərbi hissəyə gedən yolun təmizlənməsi xahiş etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, hazırda Qırılı kəndinə təbii qaz xəttinin çəkilişinə başlanılıb. Yaxın vaxtlarda əhali təbii qazla tam təmin ediləcəkdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.