Ağstafa rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
Bu gün ölkəmizdə 2017- 2018-ci dərs ili başa çatır və bu münasibətlə bütün ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir. Ağstafa rayon məktəblərində Dövlət Himnimizin sədaları altında müqəddəs üç rəngli bayrağımızın yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində RİH başçısı aparatının, rayon Təhsil Şöbəsinin məsul işçiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirlərdə ölkə təhsilinin inkişafından və bu sahəyə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub. Şagirdlərin təqdimatında maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, vətənpərvərlik mövzsusunda şer və mahnılar səsləndirilib.
2017-2018-ci tədris ilində Ağstafa rayonundakı ümumi təhsil məktəblərini I sinif üzrə 1245, IX sinif üzrə 951, XI sinif üzrə 742 şagird bitirib. Növbəti tədris ilində Ağstafa rayonu üzrə I sinfə 1289 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.