Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gəncləri üçün sosial şəbəkələrdən istifadə haqqında təlim keçirildi

19 aprel 2013 | 10:00

Bu gün Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Xətdə” Sosial Şəbəkə Akademiyası Layihəsi çərçivəsində gənclər üçün sosial şəbəkələrdən istifadə haqqında təlim keçirildi. Təlimi tədris edən məsul şəxslər sosial şəbəkələrdə rayon gənclərini maraqlandıran sualları ətraflı cavablandırdılar. Ümumilikdə tədbir maraqlı diskusiya və fikir mübadiləsi şəraitində keçdi. Rayon gəncləri bu cür təlimlərin mütəmadi keçirilməsini arzu etdiklərini ifadə etdilər.

Keçidlər