Yeni təmir olunmuş Ağstafa şəhər küçələri də müasir işıqlandırma sistemi ilə təchiz olunub
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində həmçinin Ağstafa şəhər küçələrində təmir-bərpa və yenidənqurma işləri aparılır. Son olaraq uzunluğu 450, eni 7 metr olan Arif Qədiməliyev küçəsi və uzunluğu 320, eni 6,5 metr olan Heydər Əliyev prospekti döngə 2 ünvanında əsaslı təmir işləri həyata keçirilmişdir. Hazırda isə küçələrdə müasir işıq dirəklərinin quraşdırılması işləri yekunlaşdırılmışdır. Ümumilikdə hər iki ünvanda həyata keçirilmiş işləri sakinlər yüksək qiymətləndirir və ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edirlər.