Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Aşıq sənəti” gecəsi keçirilmişdir

24 aprel 2013 | 10:00

23.04.2013 il tarixdə Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Ağstafa şəhər Yazıçılar evində Azərbaycan xalqının  Ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş aşıq gecəsi keçirilmişdir.  Gecənin aparıcısı Ağstafa rayon  Ağsaqqallar şurasının sədri, şair publisist Firdovsi Heydərli aşıq sənətinin mahiyyəti haqqında geniş məlumat vermişdir.  Tədbirdə yerli aşıqlar və şairlərlə  birgə, eyni zamanda Bakı şəhərində yaşayan Ağstafalı Aşıqlar və Tovuz rayonundan dəvət olunmuş aşıqlar da iştirak etmişlər. Gecədə ifa edilən Aşıq havaları və şeirlər tamaşaçıların zövqünü oxşamışdır.

Keçidlər