Şriftin ölçüsü :

Saytın rəngi :

Eynallı kəndində növbəti səyyar görüş

16 avqust 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq  Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  sakinlərlə səyyar qəbul-görüşlərini davam etdirir. Müvafiq qrafikə uyğun olaraq növbəti görüş Eynallı kəndində keçirilib. Səyyar görüşdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, eləcə də rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və  kənd sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, höküm sürən ictimai-siyasi sabitliyindən geniş söz açıb. Həmçinin Ağstafada son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələr, yeni-yeni tikilib istifadəyə verilən sənaye, emal, istehsal və xidmət  müəssisələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, görülən bütün bu işlər Ağstafanın sosial-iqtisadi inkişafını ən yüksək həddə çatdırmaqla yanaşı son illərdə rayonda minlərlə yeni iş yerləri açılmasına səbəb olmuşdur. Təbii ki, bu addımlar  əhalimizin sosial-rifah halının yüksəldilməsi üçün atılır. Ümumilikdə bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək dövlət qayğısının bariz nümunəsidir. 
Sonra səyyar görüşdə iştirak edən kənd sakinlərinin təklif və müraciətləri qəbul olunub.  Çıxış edən sakinlər, xüsusi ilə kəndin mərkəzində böyük ağacların kəsilməsini, yeni körpələr evi-uşaq bağçasının inşasını və yeni subartezian quyusunun qazılması kimi məsələləri ön plana çəkiblər.  İcra başçısı qeyd edib ki, hazırda müvafiq  texnikalar Tatlı kəndində təhlükə yarada biləcək ağacların kəsilməsinə cəlb olunubdur. O, kənddə işlər başa çatdıqdan sonra isə Eynallı kəndində işlərə başlanacaqdır. Rayon İcra hakimiyyətinin başçısı sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verdi.

 

Keçidlər