Şriftin ölçüsü :

Saytın rəngi :

Təmir işləri aparılan 23 və 24 saylı çoxmənzilli yaşayış binalarında işlər yekunlaşmaq üzrədir

15 avqust 2018 | 11:00

Ağstafaya göstərilən yüksək dövlət qayğısı nəticəsində son illər rayonda həyata keçirilən abadlıq-quruculuq, tikinti, əsaslı yenidənqurma işlərinin miqyası günü-gündən genişlənməkdədir. Görülən işlər çərçivəsində həmçinin müvafiq ardıcıllıqla  rayonun  bütün yaşayış məntəqələrində yerləşən çoxmənzilli yaşayış binalarında geniş təmir-bərpa işləri aparılır,  həyətləri və ətraf əraziləri abadlaşdırılır. Hazırda təmir-bərpa işləri aparılan binalardan Ağstafa şəhəri Ş.Qurbanov küçəsində yerləşən 23 və 24 saylı beşmərtəbəli, çoxmənzilli yaşayış binalarında işlər tamamlanmaq üzrədir. Təmir işləri prosesində həmçinin sakinlərin istək və təklifləri də nəzərə alınmışdır. Belə ki, sakinlərin rahat dincəlmələri üçün həyətin müvafiq yerlərində  istirahət yerləri yaradılacaq, gecə işıqlandırılması sistemi quraşdırılacaq,  bəzi yerlərdə yağış sularının  toplanıb qalmaması üçün zəruri işlər görülür.  Görülən işlər çərçivəsində hər iki binanın dam örtükləri yenidən qurulmuş, 8 bloklu binaların giriş blokları, pilləkən meydançaları və pilləkən marşları keramit piltələrlə  üzlənmişdir. Giriş bloklarda mövcud olan pəncərə blokları plastik pəncərə blokları ilə əvəz edilmiş, kommunal xətlər  bərpa edilmişdir.
Binaların sakinləri onlara göstərilən bu cür yüksək dövlət  qayğısına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər.

 

Keçidlər