Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı tələbə gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

16 avqust 2018 | 11:00

Ölkəmizdə və xaricdə ali təhsil alan tələbələrin bu gün Ağstafa rayon Heydər Əliyev Mərkəzinə geniş ekskursiyası təşkil olunub.  Ekskursiya Ağstafa rayon İcra hakimiyyətinin, rayon Təhsil şöbəsinin məsul işçilərinin iştirakı ilə baş tutub. Tədbir iştirakçıları ilk öncə mərkəzin önündə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər. Ulu Öndərimizin əziz xatirəsinə dərin ehtiramlarını bildirən tələbələr mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zallarında dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolara tamaşa ediblər. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotolar tələbələrdə böyük təəssüratlar yaradıb.
Həmçinin rayon əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi 400 yerlik akt,  nikah mərasimləri zalları, distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları otaqlarına, kiçik kino zalı, 30 və 70 yerlik konfrans zallarına da nəzər salıblar.

 

Keçidlər