Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə və xaricdə təhsil alan ağstafalı tələbələr Ağstafa Aqrar Sənaye Kompleksinə ekskursiya ediblər.

16 avqust 2018 | 11:00

Hər yay tətilində olduğu kimi bu mövsüm də Ağstafa rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı keçirmələri üçün Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının Yay kinoteatrında konsert proqramları təşkil olunur, iri ölçülü ekranda milli kinolarımız nümayiş etdirilir, açıq hava şəraitində müxtəlif növ idman yarışları keçirilir, eləcə də rayonun mədəniyyət mərkəzlərinə, istehsal, sənaye, emal və xidmət müəssisələrinə maraqlı ekskursiyalar təşkil olunur. Belə ekskursiyalardan biri də bu gün Ağstafa şəhərində inşasının son tamamlama mərhələsində olan Aqrar Sənaye Kompleksinə olub. Tələbələr  taxıl və  un rezervuarlarını, mədəniyyət mərkəzini, konfrans zallarını, hazır məhsul anbarını, ikimərtəbəli “fast food” iaşə obyektini gəziblər. Ekskursiya zamanı sənaye kompleksi barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər