Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı tələbələrin növbəti ekskursiyası “Saloğlu” mebel istehsalı fabrikinə olub

16 avqust 2018 | 11:00

Respublikamızda və onun  hüdudlarından kənarda fəaliyyət  göstərən ali təhsil ocaqlarında təhsil alan ağstafalı tələbələrin növbəti ekskursiyası ölkəmizin ən qabaqcıl mebel istehsalçılarından olan “Saloğlu” müəssisənə oldu. Gənc tələbələr yumşaq və bərk mebellərin istehsalı prosesini yaxından müşayiət ediblər, müəssisənin hazırda icra mərhələsində olan yeni layihələri ilə yaxından tanış olublar. Tələbələrə məlumat verilib ki, fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Almaniya, Belçika, Türkiyə, Gürcüstan kimi ölkələrdə satış mərkəzləri olmaqla, məhsulları  bir çox ölkə bazarlarında satılır. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub.

 

Keçidlər