Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Aqrar Sənaye Kompleksinin mədəniyyət və sərgi mərkəzlərində, iaşə xidməti kompleksində son test-yoxlama işləri həyata keçirilir

16 avqust 2018 | 11:00

İnşaat işlərinin son tamamlama mərhələsində olan Ağstafa Aqrar Sənaye Kompleksinin  mədəniyyət və sərgi mərkəzlərində, iaşə xidməti kompklesində son test-yoxlama işləri görülür. Burada işçi heyətin asudə vaxtlarının səmərəli təşkili üçün ən yüksək şərait yaradılıbdır. Layihəyə uyğun olaraq tam hazır vəziyyətdə olan böyük akt zalında quraşdırılmış texniki avadanlıqlar test edilir. Burada ölkə əhəmiyyətli  istənilən mövzuda  tədbirlərin keçirilməsi üçün ideal şərait yaradılmışdır. Kompleksin kafe, restoran və digər xidmət sahələri üçün yüksək səviyyəli personalın hazırlanması məsələsi ilə Bakı şəhərindən gətirilmiş mütəxəssislər  məşquldurlar. Burada çalışacaq işçilərin treninqləri müvafiq proqram üzrə aparılır.

 

Keçidlər