Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı tələbələrlə Rayon İcra Hakimiyyəti başçısının görüşü keçirilib

17 avqust 2018 | 11:00

Bu gün Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında respublikamızda və xaricdə ali təhsil alan ağstafalı tələbələrlə rayon rəhbərliyinin görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı, ölkəmizdə bütün sahələrlə yanaşı  təhsilə, gəncliyə  göstərilən yüksək dövlət qayğısından geniş söz açıb. Məhz Ulu Öndərimiz Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq üçün hüquqlarını təmin etdi və öz rifahını yaxşılaşdırmaq imkanlarını yaratdı. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar etdi. Bu gün də ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sayəsində demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə ən yüksək səviyyədədir. Gənclərə, xüsusi ilə də tələbələrə ölkəmizin işıqlı gələcəyi baxımından böyük ümidlər bəslədilir. İstər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda, hər bir azərbaycanlı gəncin ən yüksək şərtlər daxilində ali təhsil almaları üçün  dövlətimiz tərəfindən zəruri şərait yaradılıbdır.  Odur ki, hər biriniz istər təhsil aldığınız  ali məktəblərdə və digər olduğunuz yerlərdə, xüsusi ilə də sosial şəbəkələrdə ölkəmizdəki inkişafı, firavanlığı, sabitliyi, gözəlliyi təbliğ etməlisiniz, dövlətimizə və ölkəmizin imicinə zərər gətirməyə cəhd edənlərə qarşı öz sağlam mövqeyinizi ortaya qoymalısınız.
Daha sonra İcra başçısı sözü tələbələrə verdi və onların arzu və istəklərini dinlədi. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 4-cü kurs tələbəsi Qismət Cəfərov ölkəmizdə tanınmış  elm və incəsənət  xadimlərinə, ziyalılara göstərilən yüksək diqqətdən söz açıb. Ağstafanın Muğanlı kəndində dünyaya gəlmiş görkəmli xalq yazıçısı İsa Muğannanın ev muzeyinin yaradılması təklifini irəli sürdü. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi Aytac Alməmmədova tələbələrin Ağstafa rayonunda fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə, eləcə də  istehsal, sənaye, emal və xidmət sahələrinə ekskursiyasının onlarda yüksək təəssürat yaratdığını qeyd etdi. O, Ağstafada son illər ərzində reallaşdırılıan irimiqyaslı sosial infrastruktur layihələrə görə  ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi. Rayonumuzda qadın idman klubunun təsis edilməsini xahiş etdi. Təklifin olduqca maraqlı olduğunu qeyd edən İcra başçısı bunu bir sıra iş adamı və sahibkarların nəzərinə çatdırılacağını bildirdi.  Türkiyənin Sparta şəhərində Süleyman Dəmirəl universitetinin iqtisadiyyat fakültəsinin 3-cü   kurs tələbəsi Şahlar Kərimov türkiyəli tələbələrin Ağstafaya ekskursiya etmək arzularını çatdırdı və bunun üçün müvafiq şəraitin yaradılmasına köməklik göstərilməsini xahiş etdi.  Bu təklif də olduqca yüksək qiymətləndirildi və bu istiqamətdə zəruri addımların atılacağı bildirildi. Görüşdə çıxış edən digər tələbələr Polis Akademiyasının müdavimləri Ayişə Əliyeva, Rüfət Şadlinski, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Faiqə Bayramova ölkəmizin bütün sahələrindəki dinamik inkişaf üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək öz təkliflərini irəli sürüblər.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı ilə tələbələr xatirə şəkli çəkdiriblər.

 

Keçidlər