Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kəndində Milli Qəhrəmanın adını daşıyan parka baxış və sakinlərlə görüş keçirilib

18 avqust 2018 | 11:00

Ağstafa rayonunun Göycəli kəndində müvafiq abadlıq və təmir işləri həyata keçirilmiş  Milli Qəhrəman Qurbanov  Novruz  Əliyullah oğlunun adını daşıyan istirahət parkına baxış keçirilib. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev parkın saxlanılması və əlavə işlərin görülməsi üçün müvafiq tapşırıqlarını verib. Parkın önündə Milli Qəhrəmanın anası və bir sıra kənd sakinləri ilə görüş keçirilib. Şəhid anası onlara hər zaman göstərilən yüksək dövlət qayğısından söz açıb. Sakinlər,  kəndə çəkilən yeni avotmobil yoluna,  inşa olunmuş müasir tam orta məktəb və körpələr evi-uşaq bağçasının  binalarına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin kəndə verilən içməli su, elektrik enerjisi və təbii qaz təminatından razılıqlarını ifadə ediblər.

 

Keçidlər