Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalı tələbələrin “Azərxalça”-nın Ağstafa filialına ekskursiyası

18 avqust 2018 | 11:00

Respublikamızda və xaricdə təhsil alan ağstafalı tələbə gənclərin yay tətillərinin mənalı keçirmələri, eləcə də onların dünya görüşlərinin və intellektual səviyyələrinin daha da artırılması məqsəd ilə Ağstafada fəaliyyət göstərən mərkəzlərə, zavod, fabrik və digər obyektlərə ekskursiyaları təşkil olunur. Ağstafa şəhəri H.Arif küçəsində inşa olunmuş “Azərxalça” ASC-nin Ağstafa filialına ekskursiyanı tələbələr olduqca böyük maraqla qarşıladılar. Onlara bildirildi ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təsis olunan bu müəssisə ən yüksək tələblərə cavab verir. Məlumat verildi ki, xalçaların toxunmasında tamamilə  təbii xammaldan istifadə xalçaların daha uzun ömürlü olmasına səbəb olur.  Xalçaların sırf əl işi olması isə məhsulları daha da dəyərli edir. Bu amil isə öz növbəsində burada istehsal olunmuş xalçaların  tək daxili yox, həm də xarici bazarlara çıxarılmasına zəmin yaradır. Tələbələr burada toxunmuş “Qarabağ”, “Gəncə” və “Qazax”  növlərindən olan  xalçalara da tamaşa etdilər.

 

Keçidlər