Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada yeni təmir olunacaq küçələrə baxış keçirilmişdir.

20 avqust 2018 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014 - 2018-ci illər) uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq,  həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində Ağstafa şəhər küçələrinin yenidən qurulması, eləcədə də  çoxmənzilli yaşayış binalarının əsaslı təmiri və kommunal şəraitlərinin yaxşılaşdırılması yönündə işlər uğurla davam etdirilir.
Həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində rayonun Heydər Əliyev prospekti döngə 2, Ə.Eminov, Qaçaq Kərəm küçələrində abadlıq-quruculuq işlərinin başladılması üçün hazırlıq  işləri aparılır. Hazırda Heydər Əliyev döngəsi 2-də hər biri 180 metr olmaqla 2 hissəyə, Qaçaq Kərəm küçəsində  eni 6,5 , uzunu 350 metr,  Ə.Eminov küçəsində 180 metr olmaqla, ümumilikdə 4513 kv.metr sahəyə asfalt-beton qatının salınması  nəzərdə tutulub. Həmçinin küçələrdə elektrik və işıqlandırma sistemi, telekommunikasiya və rabitə xətləri  təmir olunub, yenisi ilə əvəz ediləcək.

 

Keçidlər