Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun xətti ilə Qurban bayramı münasibəti ilə bayram sovqatları paylanıldı

20 avqust 2018 | 11:00

Bu gün Dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə  Heydər Əliyev Fondu tərəfindən  ünvanlı sosial yardım alan 126 ailəyə bayram sovqatı paylanmışdır.  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin əməkdaşları sovqatları ailələrə çatdırıblar. Sovqatları qəbul edən ailələrin üzvləri bu cür əlamətdar günlərdə onların yad olunmasına görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər