Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibəti ilə bayram sovqatları paylanıldı

21 avqust 2018 | 11:00

21 avqust 2018-ci il tarixində Ağstafa  Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev  müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. Aydın Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.
Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və  rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər