Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa:rayon rəhbəri bu dəfə də təmirdən əvvəl sakinlərlə görüşdü...

21 avqust 2018 | 11:00

Ötən yazılarımızın birində qeyd etmişdik ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonda aparılan abadlıq-quruculuq, həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində şəhər küçələrinin yenidən qurulması, eləcə də çoxmənzilli yaşayış binalarının əsaslı təmiri və kommunal şəraitlərinin yaxşılaşdırılması yönündə işlərə bilavasitə özü nəzarət edir. Rayon rəhbəri təmirdən əvvəl həmin küçəyə baş çəkir, burada sakinlərlə görüşür, onların arzu və təkliflərini nəzərə alır, hətta hər bir mənzilə,evə baxır, vəziyyəti yerindəcə öyrənir, elə tapşırıqlarını da burada verir. İcra hakimiyyətinin bu iş üsulu yaxşı səmərə verir. Əvvəla həyata keçirilən abadlıq-quruculuq işlərinə kompleks yanaşma olur, həm də iş icraçılarının məsuliyyəti artır, keyfiyyət istənilən səviyyədə olur.  
Həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində hazırda rayonun Heydər Əliyev prospektindəki bir sıra döngələrdə, Ə.Eminov, Qaçaq Kərəm küçələrində abadlıq-quruculuq işlərinin başladılması üçün hazırlıq işləri aparılır. Adıçəkilən ünvanlarda 4513 kvadratmetr sahəyə asfalt-beton qatının salınması nəzərdə tutulub. Burada     həmçinin elektrik və işıqlandırma sistemi, telekommunikasiya və rabitə xətləri təmir olunub, yenisi ilə əvəz ediləcək.   
Rayon rəhbəri bu dəfə də vəziyyətlə yerində tanış olub.
Məlumat üçün bildirək ki, son illər Ağstafa şəhərində həyata keçirilən bu işlər onun simasını tamamilə dəyişib. İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev adamlarla görüşündə hər dəfə bildirir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığıdır:bir dənə də olsun təmir edilməyən bina, küçə qalmayacaq. Amma bu da son hədd deyil. Sakinlərin kommunal şəraitləri yüksək səviyyədə olmalıdır.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

Keçidlər